Slot Ekitikenin “Arsenal”a qarşı oynaya biləcəyi ilə bağlı sualı cavablandırıb

Xəbərlər
8 Yanvar 2026 01:14
72
Slot Ekitikenin “Arsenal”a qarşı oynaya biləcəyi ilə bağlı sualı cavablandırıb

“Liverpul”un baş məşqçisi Arne Slot, Uqo Ekitikenin “Arsenal”la keçiriləcək Premyer Liqanın 21-ci tur matçında oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.

İdman.Biz bildirir ki, oyun yanvarın 8-də olacaq.

“O, hələ bizimlə məşq etməyib. Hugonun bu gün qayıda biləcəyini görəcəyik. İki-üç gün əvvəl “Fulhem”lə oynadığımız zaman Ekitikenin qısa müddətə meydandan kənarda qalacağını demişdim, amma bu çətindir, çünki oyunlar çox tez keçir. O, komanda ilə məşq edə bilər, ya da əlavə bir-iki günə ehtiyacı ola bilər", - deyə ESPN Slotdan sitat gətirib.

Fransalı futbolçu əzələ zədəsi səbəbindən “Fulhem”la oyunu buraxıb. Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 25 oyunda 10 qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz