Qasperini A Seriyasında 1000 xal toplayan üçüncü məşqçi olub

Xəbərlər
7 Yanvar 2026 05:15
73
Qasperini A Seriyasında 1000 xal toplayan üçüncü məşqçi olub

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında 1000 xala çatan üçüncü məşqçi olub.

İdman.Biz xəbər verir ki, İtaliya çempionatının 19-cu turunda romalılar “Leççe”ni 2:0 hesabı ilə məğlub ediblər.

“Opta Sport”un məlumatına görə, qələbəyə üç xal qazandıran dövrdə (1994/95 mövsümündən bəri) Qasperinidən əvvəl yalnız “Yuventus”un baş məşqçisi Luçiano Spalletti və “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri 1000 xala çatmışdılar.

Qasperini 2025-ci ilin yayından bəri “Roma”ya rəhbərlik edir. Komanda 19 matçdan 36 xalla turnir cədvəlində dördüncü yerdədir.

İdman.Biz