Kot-d'İvuar yığması Afrika Millətlər Liqasının dörddəbir finalında - VİDEO

Xəbərlər
7 Yanvar 2026 01:14
78
Kot-d'İvuar yığması Afrika Millətlər Liqasının dörddəbir finalında

Afrika Millətlər Kubokunda Kot-d'İvuar və Burkina Faso arasında 1/8 final matçı başa çatıb. Kot-d'İvuar matçı 3:0 hesabı ilə qazanıb.

Amad Diallo 20-ci dəqiqədə hesabı açıb, Yann Diomande 32-ci dəqiqədə komandas;nın üstünlüyünü ikiqat artırıb, Bazoumana Ture isə 87-ci dəqiqədə yekun hesabı müəyyən edib.

Kot-d'İvuar dörddəbir finalda Misirlə qarşılaşacaq.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş iyirmi dörd milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kubokunun çempionu 2023-cü il turnirinin finalında Nigeriyanı 2-1 hesabı ilə məğlub edən Kot-d'İvuardır.

İdman.Biz