İraola: “Tottenhem”lə oyun Semenyonun “Bornmut”da son matçı ola bilər”

Xəbərlər
6 Yanvar 2026 22:00
57
İraola: “Tottenhem”lə oyun Semenyonun “Bornmut”da son matçı ola bilər”

“Bornmut”un baş məşqçisi Andoni İraola hücumçu Antuan Semenyonun mümkün gedişi ilə bağlı danışıb.

İdman.Biz bildirir ki, sabah, yanvarın 7-də “Bornmut” İngiltərə Premyer Liqasının 21-ci turunda “Tottenhem Hotspur”la qarşılaşacaq.

Jurnalist Ben Ceykobs sosial mediada İraolanın sözlərini sitat gətirib: “Düşünürəm ki, bu, onun son oyunu ola bilər. Sabah və ya yaxın iki-üç gündə nə baş verəcəyini bilmirəm... Amma düşünürəm ki, bu, onun son oyunu ola bilər. Bu, mənim şəxsi fikrimdir, amma hələlik heç nə razılaşdırılmayıb və ya imzalanmayıb”.

Daha əvvəl “Mançester Siti”nin Antuan Semenyonun “Bornmut”la müqaviləsində nəzərdə tutulduğu kimi, onun 65 milyon funt sterlinq (74,8 milyon avro) məbləğində sərbəst qalma məbləğini ödəyəcəyi bildirilirdi.

Cari İngiltərə Premyer Liqası mövsümündə 25 yaşlı Antuan Semenyo 19 oyun keçirib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz