“Yuventus” klubu yeni idman direktoru təyin edib

2 Yanvar 2026 21:07
187
“Yuventus” klubu yeni idman direktoru təyin edib

Turinin “Yuventus” klubu Marko Ottolininin klubun idman direktoru təyin olunduğunu elan edib.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Ottolini rəsmi olaraq 1 yanvar 2026-cı ildə kluba qoşulub və baş direktor Damien Komolliyə tabe olacaq.

Ottolini əvvəllər Turin klubunda skaut və icarə şöbəsinin müdiri vəzifələrində çalışıb, 2022-ci ildə “Cenoa”nın idman direktoru olub. Onun rəhbərliyi altında “Qriffinlər” A Seriyasında qayıdıblar.

“Yuventus” hazırda 17 oyundan 32 xalla A Seriyası cədvəlində beşinci yerdədir. “Zebralar” lider “İnter Milan”dan dörd xal geridədir.

İdman.Biz