“Liverpul” öz meydançasında “Lids”i məğlub edə bilməyib

Xəbərlər
1 Yanvar 2026 23:39
41
“Liverpul” öz meydançasında “Lids”i məğlub edə bilməyib

“Liverpul” və “Lids Yunayted” arasında İngiltərə Premyer Liqasının oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Liverpul şəhərindəki “Enfild” stadionunda baş tutub və 0:0 hesablı heç-heçə ilə bitib.

“Liverpul” 19 oyundan 33 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir. 21 xalla “Lids” İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

Turun digər oyununda “Kristal Palas” “Fulhem”i qəbul edib. Oyunda hesabı 39-cu dəqiqədə Meydan sahiblərinin hücumçusu Jan-Filip Mateta açıb. 80-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Tom Kerni hesabı bərabərləşdirib.

“Kristal Palas” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 oyundan 27 xalla doqquzuncu yerdədir. “Fulhem” isə 27 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

İdman.Biz