“Mançester Yunayted” “Kristal Palas”ın hücumçusu Matetanı transfer etməyi düşünür

Xəbərlər
2 Yanvar 2026 06:13
38
“Mançester Yunayted” “Kristal Palas”ın hücumçusu Matetanı transfer etməyi düşünür

“Mançester Yunayted” qış transfer pəncərəsində “Kristal Palas”ın hücumçusu Jan-Filip Mateta ilə müqavilə imzalamağı düşünür.

İdman.Biz bu barədə Football Insider-ə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, Mançester klubu London klubu ilə müqaviləsi 2027-ci ildə başa çatan fransız futbolçu ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Jan-Filip Mateta 2022-ci ildən “Kristal Palas”da çıxış edir. 28 yaşlı futbolçu bu mövsüm klubun bütün yarışlarında 28 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt fransız hücumçunu 40 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz