“Real Madrid” və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos ürək problemləri səbəbindən əməliyyat olunub.
İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Melçor Ruis məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun həyatı təhlükədə deyil. O, bir müddət tibbi müşahidə altında qalacaq.
Bildirilir ki, 52 yaşlı Karlosun ayağında qan laxtası aşkar edildikdən sonra əməliyyata ehtiyac yaranıb. Müayinə zamanı onun ürək problemləri də aşkar edilib.
Karlos 2016-cı ildə karyerasını başa vurub. O, “Union San-Juan”, “Atletiko Mineyro”, “Palmeyras”, “İnter Milan”, “Real Madrid”, “Fənərbağça”, “Korintians”, “Anji” və “Deli Daynamos” kimi klublarda oynayıb. O, Braziliya millisində 127 oyun keçirib və 11 qol vurub.
