“Barselona”nın müdafiəçisi əməliyyat olunub

Xəbərlər
30 Dekabr 2025 09:22
37
“Barselona”nın müdafiəçisi əməliyyat olunub

“Barselona”nın sağ cinah müdafiəçisi, hazırda icarə əsasında “Elçe”də çıxış edən Ektor Fort əməliyyat olunub.

19 yaşlı futbolçu ötən turun “Rayo Valyekano”ya qarşı oyununda 6-cı dəqiqədə fərqlənsə də, artıq 12-ci dəqiqədə çiyninin çıxması səbəbindən əvəzlənib.

İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, gənc ispaniyalı əməliyyat keçirib. Onun bərpasının bir neçə həftə çəkəcəyi gözlənilir.

Ektor Fort “Elçe”nin heyətində keçirdiyi 12 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mövcud məlumatlara əsasən, “Barselona” rəhbərliyi futbolçunun icarə dövründəki çıxışından razıdır və hesab edir ki, o, gələn mövsüm Hans-Diter Flikin komandasında yer uğrunda mübarizə apara bilər.

İdman.Biz
Məqalədə: