“Roma” A Seriyasının 17-ci turunda “Cenoa”nı məğlub edib - VİDEO

Xəbərlər
30 Dekabr 2025 01:52
42
“Roma” A Seriyasının 17-ci turunda “Cenoa”nı məğlub edib

İtaliya A Seriyasının 17-ci turunun “Roma” və “Cenoa” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, romalılar oyunu 3:1 hesabı ilə qazanıblar. Oyun Romadakı “Stadio Olimpico” stadionunda baş tutub.

14-cü dəqiqədə Mattias Soule hesabı açaraq “Roma”ya üstünlük qazandırıb. 19-cu dəqiqədə Manu Kone komandanın üstünlüyünü ikiqat artırıb, 31-ci dəqiqədə isə Evan Ferqyuson fərqi daha da artırıb. 87-ci dəqiqədə Ceff Ehator buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu oyundan sonra “Roma” İtaliya yüksək liqasında 33 xalla dördüncü, “Cenoa” isə 14 xalla 17-ci yerdədir.

İdman.Biz