Terri “Real”ı favorit sayır

Xəbərlər
19 Dekabr 2023 00:43
203
Terri “Real”ı favorit sayır

Con Terri Çempionlar Liqasında 2023/24 mövsümünün favoritini açıqlayıb.

İdman.biz xəbər verir ki, ingilis mütəxəssis “Real”ın kuboku qazanmaq şansını daha yüksək hesab edir.

Terri Madrid klubunun baş məşqçisi Karlo Ançelotti amili qabardıb. O, turnirdə qələbənin heç də asan olmayacağını bildirib: “Turnirdə əsas favoritim “Real”dır. Bu komandanın oyununu çox bəyənirəm. Madrid klubu heç vaxt Çempionlar Liqasının favoriti statusunu itirməyəcək. “Real” 1/8 finalda, “Leyptsiq”lə qarşılaşacaq və qələbəyə gedən yol asan olmayacaq. Baş məşqçi Karlo Ançelotti amilini də qeyd etməliyəm. O, çox güclü mütəxəssisdir və ildən-ilə bunu sübuta yetirir”.

Qeyd edək ki, “Real” 14 dəfə Çempionlar Liqasının qalibi olub.

İdman.biz