Psixoloji problemlər səbəbindən klubun son oyunlarını buraxan “Barselona”nın müdafiəçisi Ronald Arauxo kluba qayıdıb.
İdman.Biz xəbər verir ki, uruqvaylı futbolçunun təxminən 6000 azarkeşin qatıldığı açıq məşqdə iştirakının görüntüləri
“Barselona”nın mətbuat xidməti tərəfindən X sosial media platformasında paylaşılıb.
Daha əvvəl bildirilirdi ki, müdafiəçinin psixoloji problemləri 25 noyabrda UEFA Çempionlar Liqasında “blauqrana”nın “Çelsi”yə (0:3) məğlub olduğu oyunda meydançadan qovulmasından sonra başlayıb. O vaxtdan bəri müdafiəçi bütün yarışlarda “Barselona”nın yeddi oyununu buraxıb.
Mediada yayılan məlumatlara görə, klub tərəfindən verilən xüsusi məzuniyyət zamanı Arauxo mənəvi yardım almaq üçün Qüdsə gedib və orada müqəddəs yerləri ziyarət edib.
