“Valensiya B” komandasının məşqçisi üç azyaşlı oğlu ilə birlikdə həlak olub

Xəbərlər
28 Dekabr 2025 09:09
40
“Valensiya B” komandasının məşqçisi üç azyaşlı oğlu ilə birlikdə həlak olub

“Valensiya” klubu İndoneziyada baş verən gəmi qəzasında “Valensiya B” qadın komandasının məşqçisi Fernando Martinin və üç azyaşlı oğlunun öldüyünü açıqlayıb.

İdman.Biz-in İspaniya mediasına istinadən verdiyi məlumata görə, cümə günü İndoneziya sahillərində batan gəmidə olan 11 turist arasında 44 yaşlı Martin, həyat yoldaşı və dörd uşağı da olub. Gəmi 1,5 metr hündürlüyə çatan güclü dalğalar səbəbindən aşıb. Martinin həyat yoldaşı və qızları da daxil olmaqla yeddi nəfər xilas edilib.

Bəyanatda deyilir: “Valensiya” Futbol Klubu İndoneziyada baş verən faciəli qayıq qəzasında “Valensiya B” qadın komandasının məşqçisi Fernando Martinin və üç övladının ölümündən dərin kədər hissi keçirir. Bu, yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib. Hər kəs üçün bu çətin vaxtda klub adından Martinin ailəsinə, dostlarına və həmkarlarına dəstəyimizi və başsağlığımızı bildirmək istəyirik”.

İdman.Biz