“Əl-Nəsr” Ronaldunun dublu sayəsində qələbə qazanıb - VİDEO

Xəbərlər
27 Dekabr 2025 21:39
42
“Əl-Nəsr” Ronaldunun dublu sayəsində qələbə qazanıb

Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunun “Əl-Nəsr” (Ər-Riyad) və “Əl-Ohdud” (Nəcran) komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Əl-Əvvəl Park” stadionunda (Ər-Riyad) baş tutub. Matç 3:0 hesabı ilə ev sahibi komandanın xeyrinə qurtarıb.

Kriştianu Ronaldu ilk qolu 32-ci dəqiqədə vurub. Daha sonra Ronaldu ilk hissənin sonlarında, 45+3-cü dəqiqədə ikinci qolu vurub. Bununla da portuqaliyalı hücumçu karyerasının 955 və 956-cı qollarını vurub. 90+4-cü dəqiqələrdə hücumçu Joao Feliks yekun hesabı müəyyən edib.

Bu matçdan sonra “Əl-Ohdud” doqquz xalla liqa cədvəlində sonuncudan ikinci, 17-ci yerdədir. “Əl-Nəsr” 30 xalla Səudiyyə Ərəbistanı çempionatına liderlik edir.

İdman.Biz