Keyn 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda mübarizədə favoritdir - Goal

Xəbərlər
25 Dekabr 2025 20:30
45
Keyn 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda mübarizədə favoritdir - Goal

Goal onlayn futbol portalı 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizədə irəlidə olan 10 oyunçunun siyahısını tərtib edib.

İdman.Biz xəbər verir ki, siyahıya “Bavariya”nın hücumçusu Harri Keyn başçılıq edir. “Mançester Siti”nin hücumçusu Erlinq Holand ikinci yerdədir. “Real Madrid”in hücumçusu Kilian Mbappe ilk üçlüyü tamamlayır.

Goal-ın 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizədə ilk onluğu:

1. Harri Keyn (“Bavariya”).
2. Erlinq Holand (“Mançester Siti”).
3. Kilian Mbappe (“Real Madrid”).
4. Lamin Yamal (“Barselona”).
5. Deklan Rays (“Arsenal”).
6. Vitinya (PSJ).
7. Maykl Olise (“Bavariya”).
8. Luis Dias (“Bavariya”).
9. Lionel Messi (“İnter Mayami”).
10. Əşrəf Hakimi (PSJ).

İdman.Biz