Afrika Kuboku: Burkina Faso Ekvatorial Qvineyeya qalib gəlib - VİDEO

Xəbərlər
24 Dekabr 2025 19:28
45
Afrika Kuboku: Burkina Faso Ekvatorial Qvineyeya qalib gəlib

Burkina Faso və Ekvatorial Qvineya arasında Afrika Millətlər Kubokunun matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Mərakeşin Kasablanka şəhərindəki “Stade Mohamed V” stadionunda oynayıblar. Burkina Faso matçı 2:1 hesabı ilə qazanıb.

85-ci dəqiqədə Ekvatorial Qvineyanın müdafiəçisi Marvin Aniebo komandasına üstünlük qazandırıb. 90+5-ci dəqiqədə Burkina Faso müdafiəçisi Jorj Minungu bərabərlik qolunu vurub. 90+8-ci dəqiqədə müdafiəçi Edmond Tapsoba yekun hesabı 2:1 edib.

Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Kubokunun çempionu Kot-d'İvuardır.

İdman.Biz