PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamağı nəzərdən keçirir

Xəbərlər
22 Dekabr 2025 18:21
34
PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamağı nəzərdən keçirir

PSJ rəhbərliyi futbol tarixində ilk dəfə baş məşqçi Luis Enrike ilə ömürlük müqavilə imzalamağı düşünür.

İdman.Biz bu barədə AS-a istinadən xəbər verir.

Klub 55 yaşlı ispan məşqçini ideal məşqçi hesab edir və onu tarixin ən yaxşı və ən bahalı müqaviləsinə imza atmağa hazırdır. Məşqçinin klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Enrike 2023-cü ilin yayında Paris klubuna rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında PSJ iki Fransa çempionluğu, iki Fransa Kuboku və Superkubokunu qazanıb, həmçinin 2024/25 Çempionlar Liqasının və Qitələrarası Kubokun qalibidir.

İdman.Biz