“Atletik” 65 dəqiq penaltidən sonra…

Xəbərlər
17 Dekabr 2023 21:51
161
“Atletik” 65 dəqiq penaltidən sonra…

“Atletik” İspaniya La Liqasında “Atletiko”ya 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, Bilbao klubu 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

“Atletik”in oyunçusu Sanset 9 ildən sonra 11 metrlik cərimə zərbəsini qaçırıb. Sonuncu dəfə komanda 2014-cü ilin aprelin 7-də “Levante” ilə görüşdə penaltini qapıdan keçirə bilməyib. Bu müddət ərzində basklar İspaniya çempionatında 65 zərbəni dəqiqliklə yerinə yetiriblər.

Qeyd edək ki, bu qələbədən sonra “Atletik” 32 xalla 5-ci pillədə başa vurub.

İdman.biz