Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra ilk dəfə “Etihad”a qayıtdı - FOTO

14 Oktyabr 2026 23:48
115
Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra ilk dəfə “Etihad”a qayıtdı - FOTO

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola İngiltərə klubundan ayrıldıqdan sonra ilk dəfə “Etihad” stadionuna gəlib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Mançester Siti” ilə Fransanın PSJ klubu arasında keçirilən qarşılaşmanı tribunadan izləyir.

Qvardiola on il baş məşqçisi olduğu komandanın oyununu bu dəfə tamaşaçı qismində izləyir.

Xatırladaq ki, 55 yaşlı mütəxəssis 2016-2026-cı illərdə “Mançester Siti”yə rəhbərlik edib. Bu müddətdə komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının çempionluğu da daxil olmaqla çoxsaylı titullar qazanıb və tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Mançester Siti” oktyabrın 20-də AEK-lə, PSJ isə həmin gün “Barselona” ilə qarşılaşacaq.

İdman.Biz