Holand İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Droqbaya çatıb

Xəbərlər
21 Dekabr 2025 01:36
32
Holand İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Droqbaya çatıb

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Kriştianu Ronaldunu keçib.

İdman.Biz bildirir ki, İngiltərə çempionatının 17-ci turunda “şəhərlilər”in öz meydanında “Vest Hem”i qəbul etdiyi oyunda Holand iki qol vurub.

Oyun 3:0 hesabı “Siti”nin xeyrinə qurtarıb.

Holand bu göstəriciyə görə Didye Droqbaya çatıb. Hər iki oyunçu 104 qol vurublar.

Lakin norveçli hücumçunun bu göstəriciyə çatmaq üçün 140 oyun az keçirib. Ronaldunun aktivində 103 qolu var.
Bu mövsüm 25 yaşlı Erlinq Holand klubun heyətində İngiltərə Premyer Liqasında 17 oyun keçirib, 19 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz