Almaniya Bundesliqasının 15-ci turunda “Borussiya Dortmund” və “Borussiya Mönhenqladbax” rastlaşıblar. Oyun “Dortmund” stadionunda oynanılıb.
İdman.Biz bildirir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
10-cu dəqiqədə yarımmüdafiəçi Yulian Brandt oyunun ilk qolunu vurub. 90+7-ci dəqiqədə hücumçu Maksimilian Bayer Dortmund komandasının ikinci qoluna imza atıb.
Bundesliqada 15 oyundan sonra dortmundlular 32 xalla ikinci yerdədirlər. “Ağ-qara-yaşıllar” 16 xalla 11-ci yerdə qərarlaşıblar.
Növbəti turda “Borussiya Dortmund” “Ayntraxt Frankfurt” (9 yanvar), “Borussiya Mönhenqladbax” isə “Auqsburq” (11 yanvar) ilə qarşılaşacaq.
