“Qalatasaray” “Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi Manuel Uqarte ilə danışıqlar aparıb.
İdman.Biz jurnalist Erol Evkenin X sosial media səhifəsində verdiyi məlumata istinadla bildirir ki, türk nəhəngi həmçinin ingilis klubu ilə də əlaqə saxlayıb.
Mənbənin məlumatına görə, “Qalatasaray” 24 yaşlı futbolçu üçün “Qırmızı şeytanlar”a sərfəli təklif verib, lakin bu, hələ rəsmi olaraq yekunlaşmayıb.
Bu mövsüm Uqarte bütün yarışlarda 11 oyunda meydana çıxıb və qol vurmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
