Kral Kuboku: “Betis”dən səfər qələbəsi, “Xetafe”nin gözlənilməz məğlubiyyəti - VİDEO

Xəbərlər
19 Dekabr 2025 02:30
37
Kral Kuboku: “Betis”dən səfər qələbəsi, “Xetafe”nin gözlənilməz məğlubiyyəti

Üçüncü divizion komandası olan “Mursiya” ilə La Liqanın “Betis” komandaları arasında Kral Kubokunun 1/16 final mərhələsinin oyunu keçirilib.

İdman.Biz bildirir ki, oyun “Betis”in xeyrinə 2:0 hesabı ilə qurtarıb.

30-cu dəqiqədə “Betis”in hücumçusu Kuço Hernandes penalti zərbəsi ilə hesabı açıb. Oyunun sonlarında “Mursiya”nın qapıçısı Dieqo Pineiro öz qapısına qol vurub.

1/16 final mərhələsinin digər oyununda isə gözlənilməz nəticə qeydə alınıb.

“Xetafe” ikinci divizionun komandasına “Burqos”a məğlub olub. Burgosda keçirilən matç ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərdən İnyiqo Kordoba 57-ci və 73-cü dəqiqələrdə iki qol vuraraq fərqlənib, David Qonsales isə 45+4-cü dəqiqədə penaltidən dəqiq zərbə vurub. Aleks Sankris “Xetafe”nin yeganə qolunu 32-ci dəqiqədə vurub.

Turnirin qalibi birbaşa 2026/2027 Avropa Liqasına vəsiqə qazanacaq.

Kral Kuboku hazırkı qalibi “Barselona”dır.

İdman.Biz