FİFA prezidentindən iddalı açıqlama: korrupsiyaya son qoymuşuq

Xəbərlər
17 Dekabr 2023 13:49
399
FİFA prezidentindən iddalı açıqlama: korrupsiyaya son qoymuşuq

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti qurumun hazırki vəziyyəti ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, Canni İnfantinonunu fikrincə, FİFA-nın korrupsioner təşkilat imici aradan qalxıb.

“İnsanlarda kifayət güclü asılılıq halı var və bu asılılıq ciddi xəstəlikdir. Mən FİFA-ya rəhbərlik etməzdən əvvəl jurnalistlər qurumun mənzil-qərargahında düşərgə salmışdılar və milyonların korrupsiya yolu ilə mənimsənilməsini yazırdılar. Hazırda belə bir hal mümkün deyil”, - deyə İnfantino açıqlamasında qeyd edib.

Qeyd edək ki, İnfantinodan əvvəl FİFA-ya rəhhbərlik edəb Yozef Blatter korrupsiya qalmaqallarına görə, 2015-ci ildə istefa verib.

İdman.biz

Məqalədə: