Fransa yığmasının keçmiş çalışdırıcısı De Dzerbinin “Marsel”dəki işini tənqid edib

Xəbərlər
16 Dekabr 2025 19:58
37
Fransa yığmasının keçmiş çalışdırıcısı De Dzerbinin “Marsel”dəki işini tənqid edib

Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek, “Marsel” komandasının həmkarı Roberto De Dzerbinin məşqçilik yanaşmasını tənqid edib.

İdman.Biz bildirir ki, “Marsel” hazırda Liqa 1-də üçüncü yerdədir.

“Komandanın bütün problemləri təşkilatlanmanın olmamasından qaynaqlanır. Roberto De Dzerbi buna görə məsuliyyət daşıyırmı? Əlbəttə. “Marsel” oyun zamanı necə bu qədər qeyri-mütəşəkkil ola bilər? Onlar bir prinsiplə başlayırlar: oyunu inkişaf etdirmək, rəqibi meydana daha dərindən cəlb etmək istəyirlər, amma bunu beş-altı dəfə etdikləri üçün tutulublar. Bir məqamda nəyisə dəyişdirməli, fərqli bir şey etməlisən", - deyə L'Equipe Domenekdən sitat gətirir.

İdman.Biz