İspaniya və Argentina arasında Finalissima 2026-cı ilin martında keçiriləcək

Xəbərlər
16 Dekabr 2025 00:11
60
İspaniya və Argentina arasında Finalissima 2026-cı ilin martında keçiriləcək

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzanın sözlərinə görə, İspaniya və Argentinanın iştirak edəcəyi 2026-cı il Finalisima 2026-cı ilin mart ayında keçiriləcək.

İdman.Biz-in məlumatına görə, daha əvvəl Finalisimanın Qətərdə, “Lusail İkonik” Stadionunda keçiriləcəyi bildirilmişdi.

"Finalissima kimi tanınan bu arzu mart ayında gerçəkləşəcək. Biz məsələni UEFA ilə yekunlaşdırmağa yaxınıq və rəsmi təsdiq gözləyirik", - Luza deyib.

Oyunda İspaniya və Argentina iştirak edəcək. İspaniya hazırkı Avropa çempionudur, Argentina isə “Copa America”nın qalibidir.

Argentinanın hücumçusu Lionel Messi daha əvvəl matçda oynamayacağını açıqlayıb.

İdman.Biz