Almaniya Bundesliqasının 14-cü turunun “Bayer Leverkuzen” və “Köln” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz-in məlumatına görə, “Bayer” 2:0 hesabı ilə qələbə qazanıb. Oyun “BayArena”da (Leverkuzen) baş tutub.
Martin Terye 66-cı dəqiqədə “Bayer”I irəli çıxarıb, Robert Andriç isə 72-ci dəqiqədə komandanın üstünlüyünü ikiqat artırıb.
Bu oyundan sonra “Bayer” Bundesliqanın turnir cədvəlində 26 xalla dördüncü, “Köln” isə 16 xalla doqquzuncu yerdədir.
Növbəti turda “Bayer” dekabrın 20-də səfərdə “RB Leypsiq”lə qarşılaşacaq, “qırmızı-ağlar” həmin gün “Union Berlin”i qəbul edəcək.
