“Kristal Palas” “Bavariya”nın müdafiəçisi ilə maraqlanır

Xəbərlər
13 Dekabr 2025 22:59
45
“Kristal Palas” “Bavariya”nın müdafiəçisi ilə maraqlanır

“Kristal Palas” “Bavariya”nın fransız müdafiəçisi Saşa Boe ilə maraqlanır.

İdman.Biz-in xəbərinə görə, bu barədə “Mirror” məlumat verir.

Mənbənin məlumatına görə, “Palas” oyunçunu zədəli Daniel Munyosun əvəzedicisi kimi görür. “Kristal Palas”ın baş məşqçisi Oliver Qlasner sıx futbol qrafiki fonunda rəhbərliyi yanvar ayında aktiv transfer fəaliyyətinə ehtiyac olduğuna inandırmağa çalışır.

Transfermarkt-ın məlumatına görə, Saşa Boenin hazırkı bazar dəyəri 18 milyon avrodur. Bu mövsüm 14 matçda müdafiəçi bir məhsuldar ötürmə edib. O, “Red Star” və “Renn” klublarının yetirməsidir.

İdman.Biz