“Liverpul” “Brayton” üzərində inamlı qələbə qazanıb - VİDEO

Xəbərlər
13 Dekabr 2025 21:08
49
“Liverpul” “Brayton” üzərində inamlı qələbə qazanıb - VİDEO

İngiltərə Premyer Liqasının 16-cı turunda “Liverpul” və “Brayton” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, mersisaydlılar 2:0 hesabı ilə qələbə qazanıblar.

Oyun Liverpuldakı “Enfild” stadionunda baş tutub.

Hesabı ilk dəqiqədə Uqo Ekitike açdı, 60-cı dəqiqədə Məhəmməd Salah ikinci qolu vurub.

Bu oyundan sonra “Liverpul” turnir cədvəlində 26 xalla altıncı, “Brayton” isə 23 xalla doqquzuncu yerdədir.

Növbəti turda “qırmızılar” 20 dekabrda səfərdə “Tottenhem Hotspur”la, “Brayton” isə həmin gün “Sanderlend”lə qarşılaşacaq.

İdman.Biz