“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda madridlilərin "Mançester Siti" ilə oyununu şərh edib.
İdman.Biz bildirir ki, oyun 2:1 hesabı ilə “Mançester Siti”nin xeyrinə qurtarıb.
“Real Madrid”in rəqiblərindən daha çox intensivliklə oynadığı göz qabağındadır. Bu matç onlar üçün daha vacib idi.
“Mançester Siti”nin oyununu həmişəki kimi qurmasına təəccübləndim. Onlar kəskin deyil, statik görünürdülər.
Xüsusilə ilk hissədə təhlükəli hücum zonaları yarada bilmədilər. Düşünürəm ki, Madrid təhlükəli zonaları çox yaxşı və kompakt şəkildə müdafiə edərək həqiqətən möhkəm oyun oynadı.
“Mançester Siti” qalib gəlməyə layiq deyildi. “Real Madrid” daha kəskin idi. İkinci qoldan sonra “Mançester Siti” çox dərin müdafiə mövqeyinə qayıtdı.
Və bu, “Real Madrid”in problemini açıq şəkildə ortaya qoydu. Onlar əks-hücumda yaxşıdırlar, amma aşağı müdafiə bloklarını yarmaqda o qədər də yaxşı deyillər”, - Kroos deyib.
