Erlinq Holand: “Bernabeu” - bura oynamaq istədiyin bir yerdir”

Xəbərlər
11 Dekabr 2025 10:37
48
Erlinq Holand: “Bernabeu” - bura oynamaq istədiyin bir yerdir”

İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Erlinq Holand İspaniyanın “Real Madrid” klubuna qarşı oyundan sonra "Santyaqo Bernabeu" stadionunun atmosferi haqqında danışıb və mətbuat qarşısında təəssüratını bölüşüb.

İdman.Biz xəbər verir ki, Norveçli hücumçu "Santyaqo Bernabeu" stadionunu yüksək qiymətləndirib və bu səhnədə oynamağın hər futbolçunun arzusu olduğunu bildirib.

“Bernabeu” - bura oynamaq istədiyin bir yerdir, bax buna! İnanılmazdır! Bu oyunlar məhz oynamaq istədiyimiz oyunlardır”.

O, həmçinin qələbənin komanda üçün nə qədər vacib olduğunu vurğulayıb və mövcud formatda daha çox belə qarşılaşma şansı əldə etməyin xoş olduğunu qeyd edib.

Qeyd edək ki, qarşılaşmada “Mançester Siti” 2:1 hesabı ilə qalib gəlib. Rodriqo “Real Madrid” üçün hesabı açsa da, Niko O’Reyli tarazlıq yaradan qol vurub və Holand vurduğu penalti ilə komandasına qələbəni qazandırıb.

İdman.Biz

Məqalədə: