Lissabon “Benfika”sı və “Napoli” arasında keçirilən Çempionlar Liqasının altıncı tur matçı portuqaliyalı baş məşqçi Joze Mourinyonun karyerasında önəmli sayla yadda qalıb.
İdman.Biz xəbər verir ki, Çempionlar Liqasının X sosial platformasındakı rəsmi açıqlamasına görə, bu, portuqaliyalı baş məşqçi Joze Mourinyonun ÇL-dəki 150-ci oyunudur.
Mourinyo daha əvvəl “Fənərbağça”, “Roma”, “Tottenhem Hotspur”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter Milan”, “Porto” və “Benfika” kimi klublara məşqçilik edib.
Portuqaliyalı məşqçi karyerası boyunca Çempionlar Liqası da daxil olmaqla bir çox kubok qazanıb. Mourinyo həmçinin UEFA və FIFA-nın “İlin məşqçisi” mükafatları da daxil olmaqla bir sıra şəxsi mükafatlar qazanıb.
