La Liqa prezidenti Xavyer Tebas hələ də La Liqa oyununun xaricdə keçirilməsi ideyasından əl çəkmədiyini Bildirib.
İdman.Biz-in məlumatına görə, o, La Liqa matçlarının keçirilməsi üçün Səudiyyə Ərəbistanını təklif edib.
“La Liqa oyunlarını xaricdə keçirmək bizim məqsədimiz olaraq qalır. Biz buna daha da yaxınlaşırıq və tezliklə buna nail olmağa ümid edirik. Hazırda FIFA çempionatların xaricdə keçirilməsinə icazə verən qaydanın qəbulunu müzakirə edir. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik, amma bu istiqamətdə çalışmağa davam edəcəyik.
380 oyundan biri heç nə deyil, amma bu, bizə audiovizual məhsulumuzu inkişaf etdirməyə həqiqətən kömək edərdi. Və yalnız ABŞ-da deyil, biz onu Səudiyyə Ərəbistanında da təqdim etmək istərdik. Bu, hələ də bizim məqsədimiz olaraq qalır və biz bunun baş tutmasına daha da yaxınlaşırıq”, - Reuters Tebasdan sitat gətirib.
Oktyabrın əvvəlində UEFA milli liqa oyunlarının ölkə xaricində keçirilməməli olduğunu elan edib. Lakin istisna hal kimi İspaniya və İtaliyadan bir müraciəti təsdiqləyib. “Vilyarreal” və “Barselona” arasında La Liqanın 17-ci tur matçı 20 dekabrda Mayamidə keçirilməli idi. Lakin sonradan futbolçuların etirazlarına görə oyunun ABŞ-da keçirilməyəcəyi və “Vilyarreal”ın stadionunda oynanılacağı açıqlandı.
