KDÇ: Benzema penalti qaçırıb, “Əl-İttihad”dan vida

Xəbərlər
16 Dekabr 2023 00:18
207
KDÇ: Benzema penalti qaçırıb, “Əl-İttihad”dan vida

Klublararası dünya çempionatının yarımfinalçıları müəyyənləşib.

İdman.biz xəbər verir ki, “Əl-İttihad” ¼ finalda mübarizəni dayandırıb.

Kərim Benzema “Əl-Əhli” ilə oyunda penalti zərbəsinin dəqiq yerinə yetirə bilməyib. “Əl-İttihad” 1:3 hesabı ilə uduzub. Misir klubu ilə görüşdə fransalı oyunçu son dəqiqələrdə komandasının yeganə qolunun müəllifi olub.

Mərhələnin digər oyununda “Urava Red” (Yaponiya) “Leon”u (Meksika) 1:0 hesabı ilə məğlub edib. Yarımfinalda “Mançester Siti” – “Urava Red” və “Fluminense” – “Əl-Əhli” qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, ½ final mərhələsinin oyunları dekabrın 18-19-da keçiriləcək.

İdman.biz