“Liverpul”un qapıçısı Alison Bekker komandanın hücumçusu Məhəmməd Salahla bağlı vəziyyətə münasibət bildirib.
İdman.Biz-in məlumatına görə, daha əvvəl misirli futbolçu mersisaydlıların baş məşqçisi Arne Slotu tənqid etmiş və komandadakı mövqeyindən narazılığını bildirmişdi.
“Salah əla xarakterə malik yaxşı oğlandır, o, “Liverpul”un əfsanəsidir. Bu hekayə məni kədərləndirir, amma hazırda diqqətimi “İnter”ə qarşı oyuna yönəltmişəm. Mən hələ Mo (Məhəmməd – red.) ilə danışmamışam, amma bu söhbət yalnız ikimizin arasında olacaq. Soyunub-geyinmə otağındakı atmosfer yaxşıdır və hər kəsin baş verənlərə öz fikrini bildirməsi normaldır.
Düşünmürəm ki, Salah kimisə incitmək niyyətində olub. Həqiqətən də Monun yenidən “Liverpul”da oynayacağına ümid edirəm. Amma bu, Mo ilə klub arasında olan məsələdir”, - deyə Bekker BBC-yə bildirib.
