“Mançester Siti” Premyer Liqanın 23-cü turunda evdə “Vulverhempton”u 2:0 hesabı ilə məğlub edib.
Omar Marmuş hesabı altıncı dəqiqədə açıb. Antuan Semenyo ilk hissənin sonlarında meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. “Siti”nin yeni oyunçusu “Bornmut”dan transfer olunduğundan bəri dörd matçda üçüncü qolunu vurub.
“Mançester Siti” (46 xal) Premyer Liqada ikinci yerdədir. “Vulverhempton” (8 xal) turnir cədvəlində sonuncu yerdədir.
Paralel oyunlarda “Tottenhem” “Bernli” ilə 2:2 heç-heçə edib, “Fulhem” isə “Brayton”u 2:1 hesabı ilə məğlub edib.
19:44
İngiltərə Premyer Liqasının 23-cü turunda “Vest Hem” evdə “Sanderlend”i 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, meydan sahiblərindən Krisensio Sammervil, Mateus Fernandeş və Carrod Bouen (penaltidən) qol vurublar. Qonaqlardan isə Brayan Brobbey fərqlənib.
“Vest Hem” ardıcıl ikinci oyununda qələbə qazanıb. Londonlular hazırda 20 xala malikdirlər və Premyer Liqa turnir cədvəlində 18-ci yerdədirlər. 33 xalla “Sanderlend” doqquzuncu yerdə qərarlaşıb.
