Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Karagümrük”ü məğlub edib - YENİLƏNİB + VİDEO

25 Yanvar 2026 00:18
168
Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Karagümrük”ü məğlub edib

Türkiyə Superliqasında 19-cu turun matçları keçirilir.

İdman.Biz xəbər verir ki, səfərdə autsayder “Karagümrük”ün qonağı olan lider “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.

Hesabı artıq 31-ci saniyədə “Qalatasaray”lı Qabriel Sara açıb. 27-ci dəqiqədə Barış Kalaycı hesabı bərabərləşdirib. 51-ci dəqiqədə Sara ikinci qolunu vurub. 55-ci dəqiqədə Viktor Osimhen yekun hesabı müəyyən edib.

“Qalatasaray” 46 xalla liderliyini davam etdirir. “Karagümrük” isə 9 xalla sonuncu pillədə qərarlaşıb.

Turun digər matçında “Samsunspor” “Kocaelispor”u qəbul edib. Oyun qolsuz bərabərliklə bitib - 0:0.

18:33

Türkiyə Superliqasında 19-cu tura start verilib.

İdman.Biz bildirir ki, “Kayserispor” öz meydançasında İstanbulun “Başakşehir” klubunu qəbul edib.

Oyun 3:0 hesabı ilə qonaqların qələbəsi ilə qurtarıb.

35-ci dəqiqədə Deyvi Zelke hesabı açıb. 67-ci dəqiqədə Ramazan Civelek hesab arasındakı fərqi artırıb. 86-cı dəqiqədə isə Joya Da Koşta yekin hesabı müəyyən edib.

Bu qələbədən sonra “Başakşehir” 29 xalla altıncı yerdədir. “Kayserispor” 15 xalla 16-cı yerdə qərarlaşıb.

İdman.Biz