“Bayer Leverkuzen” Bundesliqanın 19-cu turunda evdə Verder Bremen komandasını 1:0 hesabı ilə məğlub edib.
Qolu 37-ci dəqiqədə Lukas Vaskes vurub.
“Bayer Leverkuzen” 32 xala malikdir və Bundesliqanın turnir cədvəlində altıncı yerdədir. “Verder Bremen” 18 xalla 15-ci yerdədir.
Digər matçda “RB Leypsiq” səfərdə “Haydenhaym”ı 3:0 hesabı ilə məğlub edib. Qolları ikinci hissədə Ridle Baku, Antonio Nussa və David Raum vurublar.
“RB Leypsiq” 35 xala malikdir və turnir cədvəlində dördüncü yerdədir. “Haydenhayım” 13 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.
20:48
Almaniya Bundesliqasının 19-cu turunda lider “Bavariya” evdə “Auqsburq”a 2:1 hesabı ilə uduzub.
İdman.Biz bildirir ki, oyunda hesabı 23-cü dəqiqədə münhenlilərdən Hiroki İto açıb. Qonaqlar 75-ci dəqiqədə Artur Çavesin qolu sayəsində hesabı bərabərləşdiriblər. Altı dəqiqə sonra Han-Noa Massenqo “Auqsburq”u hesabda irəli çıxarıb.
“Bavariya” Bundesliqanın bu mövsümündə ilk məğlubiyyətini alıb. Vensan Kompaninin komandası 50 xalla liderliyini qoruyub saxlayır.
“Auqsburq” (19 xal) beş oyunluq qələbəsiz seriyaya son qoydu və turnir cədvəlində 13-cü yerə yüksəlib.
Paralel matçlarda “Mayns” “Volfsburqu” (3:1) məğlub edib, “Ayntraxt Frankfurt” isə “Hoffenhaym”a (1:3) məğlub olub.
