Türkiyə Superliqası: “Beşiktaş” “Qaziantep”ın müqavimətini qıra bilməyib - VİDEO

Xəbərlər
9 Dekabr 2025 00:15
47
Türkiyə Superliqası: “Beşiktaş” “Qaziantep”ın müqavimətini qıra bilməyib - VİDEO

Türkiyə Superliqasında XV turun oyunlarına yekun vurulub.

İdman.Biz xəbər verir ki, doğma meydanda “Qaziantep”i qəbul edən “Beşiktaş” 2:2 hesablı heç-heçə edib.

Qolları “Beşiktaş”dan E.Ture (35) və T.Abraham (70), qonaqlardan isə M.Bayo (7, 66) vurublar.

İstanbul təmsilçisi turnir cədvəlində 25 xalla 5-cidir, “Qaziantep” isə 23 xalla 7-ci pillədə qərarlaşıb.

Turun digər oyununda “Alanyaspor” “Antalyaspor”la qarşılaşıb. Oyun 0:0 hesabı ilə qurtarıb.

İdman.Biz