Türkiyə Superliqasının 15-ci turunda İstanbulun “Başakşehir” klubu “Fənərbağça”nı qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hesabı qonaqların oyunçusu Milan Şkrinyar 64-cü dəqiqədə açıb. 81-ci dəqiqədə Bertuq Yıldırım bərabərlik qoluna imza atıb.
Bu oyundan sonra “Fənərbağça” 33 xalla turnir cədvəlində ikinci yerdədir. “Başakşehir” 17 xalla 9-cu yerdə qərarlaşıb.
Turun digər oyununda “Eyüpspor” “Kayserispor”la üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib – 1:1.
Maraqlıdır ki, oyun günündə keçirilmiş üçüncü matçda da 1:1 hesabı qeydə alınıb. “Konyaspor”la “Rizespor” meydançadan sühlə ayrılıblar.
