“Barselona” Ferran Torresin het-triki sayəsində “Betis”i məğlub edib - VİDEO

Xəbərlər
6 Dekabr 2025 23:42
36
“Barselona” Ferran Torresin het-triki sayəsində “Betis”i məğlub edib - VİDEO

İspaniya La Liqasının 15-ci turunun “Betis” və “Barselona” arasında keçirilən oyunu başa çatıb.

Komandalar “Olimpiko de Sevilya” stadionunda oynayıblar.

Qonaqlar 5:3 hesablı qələbə qazanıblar.

“Betis”in hücumçusu Entoni oyunun ilk qolunu altıncı dəqiqədə vurub. Ferran Torres 11-ci dəqiqədə hesabı bərabərləşdirib və iki dəqiqə sonra qonaqları irəli çıxarıb. Runi Barqi 31-ci dəqiqədə üçüncü qolu vurub. Doqquz dəqiqə sonra Ferran Torres het-trik edib. İkinci hissədə Lamin Yamal penaltidən qol vurub. Ev sahibləri 85-ci dəqiqədə Dieqo Loryentenin qolu sayəsində fərqi azaldıb, 90-cı dəqiqədə isə Kuço Ernandes qonaqların qapısına üçüncü qolu vuraraq oyunun yekun hesabını müəyyənləşdirib – 3:5.

La Liqada 15 oyundan sonra “Barselona” 40 xalla turnir cədvəlinə başçılıq edir. “Betis”in 24 xalı var və beşinci yerdədir.

İdman.Biz