“Lids Yunayted” və “Liverpul” arasında keçirilən İngiltərə Premyer Liqasının oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun 3:3 hesabı ilə bitib.
Matç Lidsdəki “Elland Roud” stadionunda baş tutub.
Uqo Ekitike 48-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb, daha sonra 50-ci dəqiqədə ikinci qolunu vurub. Dominik Kalvert-Levin 73-cü dəqiqədə penalti ilə hesab arasındakı fərqi azaldıb, Anton Stax isə 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Dominik Soboslai 80-ci dəqiqədə mersisaydlıların üçüncü qolunu vurub. Ao Tanaka 90+6-cı dəqiqədə hesabı bərabərləşdirib.
Bu oyundan sonra “Lids Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 15 xalla 16-cı, “Liverpul” isə 23 xalla səkkizinci yerdədir.
