Kanadanın baş naziri futbolu ölkəsində bir nömrəli idman növü adlandırıb

Xəbərlər
6 Dekabr 2025 08:05
30
Kanadanın baş naziri futbolu ölkəsində bir nömrəli idman növü adlandırıb

Kanadanın Baş naziri Mark Karni bildirib ki, futbol onun ölkəsində bir nömrəli idman növüdür.

İdman.Biz bildirir ki, Kanada DÇ-2026-ya ev sahibliyi edən ölkələrdən biridir. Turnir həmçinin ABŞ və Meksikada keçiriləcək.

“Bu, Kanada gəncləri, oğlanlar və qızlar üçün bir nömrəli idman növüdür. Kanadalıların üçdə ikisi son dünya çempionatını izləyib”, - deyə Karni DÇ-2026-nın püşkatma mərasimində bildirib.

Hokkeyin vətəni olan Kanadanın millisi beynəlxalq arenada ən güclü komandalardan biri hesab olunur və 2024-cü il IIHF Dünya reytinqində birinci yerdədir. Rusiya, İsveç, Finlandiya, Çexiya və ABŞ komandaları ilə yanaşı, o, “böyük hokkey altılığı”na daxildir.

İdman.Biz