UEFA Luis Diasın cəzasını iki oyuna endirib

Xəbərlər
6 Dekabr 2025 07:14
35
UEFA Luis Diasın cəzasını iki oyuna endirib

“Bavariya” rəsmi saytında Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) klubun apelyasiya şikayətindən sonra hücumçu Luis Diasın Çempionlar Liqasındakı cəzasını üç oyundan iki oyuna endirdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, alman nəhənginin cinah oyunçusu 6-cı turda “Sportinq” ilə oyunu (9 dekabr) buraxacaq. Dias daha əvvəl “Arsenal”a qarşı 5-ci tur matçında (3:1) iştirak edə bilməyib.

Kolumbiyalı oyunçu 4-cü turda PSJ ilə oyunun (1:2) 45-ci dəqiqəsində müdafiəçi Əşrəf Hakimiyə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. Hakimiyə topuq burxulması diaqnozu qoyulub.

İdman.Biz