Karlo Ançelotti DÇ-2026-nın püşkatmasının nəticələrini şərh edib

Xəbərlər
6 Dekabr 2025 03:17
15
Karlo Ançelotti DÇ-2026-nın püşkatmasının nəticələrini şərh edib

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının püşkatmasının nəticələrini şərh edib.

İdman.Biz bildirir ki, Braziliya C qrupunda yer alır və orada Mərakeş, Şotlandiya və Haiti ilə qarşılaşacaq.

“Bu, çox çətin olacaq. Mərakeş son dünya çempionatında yaxşı çıxış etdi. Şotlandiya çox güclü, kifayət qədər sərt komandadır. Yaxşı çıxış etməli və qrupda birinci yeri tutmalıyıq. Starta yaxşı hazırlaşmalıyıq, xüsusən də çox vacib olacaq ilk oyuna”, - “Globo” Ançelottinin sözlərini sitat gətirib.

Braziliya ilk oyununu 13 iyunda Mərakeşlə keçirəcək. Ançelottinin komandası daha sonra 19 iyunda Haiti ilə qarşılaşacaq. Şotlandiya ilə oyun isə 24 iyunda keçiriləcək.

İdman.Biz