Almaniya Kuboku: “Bayer”, “RB Leypsiq”, “Herta” və “Sankt-Pauli” ¼ finalda - VİDEO

Xəbərlər
3 Dekabr 2025 02:08
16
Almaniya Kuboku: “Bayer”, “RB Leypsiq”, “Herta” və “Sankt-Pauli” ¼ finalda - VİDEO

Almaniya Kubokunun 1/8 final mərhələsində “RB Leypsiq” və “Maqdeburq” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Leypsiqdə keçirilib. Ev sahibi komanda 3:1 hesabı ilə qalib gəlib.

11-ci dəqiqədə qonaq yarımmüdafiəçi Silas Qnaka penalti zərbəsindən hesabı açıb. Doqquz dəqiqə sonra ev sahiblərinin hücumçusu Antonio Nuza hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Kristof Baumqartner “RB Leypsiq”i irəli çıxarıb. 54-cü dəqiqədə Baumqartner yenidən qol vuraraq hesabı 3:1 edib.

Almaniya Kubokunun 1/8 final mərhələsində keçirilən digər oyunlar belə başa çatıb:

“Borussiya Mönhenqladbax” – “Sankt-Pauli” – 1:2

“Herta” – “Kayzerslautern” – 6:1

“Borussiya Dortmund” – “Bayer” – 0:1.

İdman.Biz