Fransa Futbol Liqası (LFP) rəsmi saytında “Nitsa” oyunçularının azarkeşlər tərəfindən döyülməsi ilə bağlı bəyanat yayımlayıb.
İdman.Biz xəbər verir ki, LFP bu zorakılıq aktını pisləyərək oyunçuların qaldırdığı mülki iddiaya qoşulacağını bəyan edib.
“LFP “Nitsa” Futbol Klubunun oyunçularına və personalına qarşı törədilən zorakılıq aktlarını ən sərt şəkildə pisləyir. Bu tamamilə qəbuledilməz hücumlar oyunda iştirak edən hər kəsin şərəfinə və futbol dəyərlərinə xələl gətirir.
LFP, oyunçuları tam dəstəkləmək və bu ciddi hadisələrlə bağlı bütün həqiqəti aşkarlamağa kömək məqsədilə onların qaldırdığı mülki iddialara qoşulacağını elan edir.
LFP, yaralı “Nitsa” oyunçularına tam dəstəyini bildirir və futbolda iştirak edən hər kəsin təhlükəsizliyini təmin etmək öhdəliyini bir daha təsdiqləyir”, - LFP-nin bəyanatında deyilir.
