İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommisso 76 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Biznesmen və media meneceri R. Kommisso “Fiorentina”nı 2019-cu ilin yayında satın almışdı.
“Uzunmüddətli müalicədən sonra sevimli prezidentimiz bizi tərk etdi və bu gün hamımız onun vəfatına görə dərin hüzn içindəyik”, – deyə klubun açıqlamada bildirilir.
Məlumat üçün əlavə edək ki, İtaliya çempionatının turnir cədvəlində “Fiorentina” 20 oyundan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.
