Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü turun oyunları davam edir.
İdman.Biz xəbər verir ki, bu gün keçirilən qarşılaşmada “DİN İdman Cəmiyyəti” “Lerik Əvilə”ni 3:2 hesabı ilə məğlub edib.
Bir gün əvvəl baş tutan görüşlərdə “Birbaşa Bakı” 23 yaşadək futbolçulardan ibarət komandaya 5:1 hesabı ilə qalib gəlib. “Zirə” də turu qələbə ilə başa vurub. Komanda “Lənkəran”ı 4:1 hesabı ilə üstələyib. “Aznur” və “Star Bakı” arasındakı qarşılaşmada isə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, çempionatın oyunları Bakı Tennis Akademiyasının stadionunda təşkil olunur.
