“Real Madrid” və hücumçu Vinisius Junior arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.
İdman.Biz-in ESPN-ə istinadən verdiyi məlumata görə, danışıqlar DÇ-2026-dan sonra davam edə bilər.
Cinah oyunçusunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Mənbənin məlumatına görə, 2025-ci ilin may ayında klub və oyunçunun nümayəndələri braziliyalı futbolçunun ildə 20 milyon avro qazanacağı barədə razılığa gəlməyə yaxın idilər. O, əlavə 10 milyon avro bonus ala bilərdi. Lakin Vinisiusun ətrafı “Real Madrid”in son təklifinin əvvəlcə müzakirə ediləndən fərqli olduğuna və üstəlik, bonusların daxil olmadığına inanırdı.
“Real Madrid” öz növbəsində hücumçunun komandasının müəyyən şifahi razılaşmaları yerinə yetirmədiyini hesab edir. O vaxtdan bəri danışıqlar dalana dirənib.
Hazırkı müqaviləsinə əsasən, Vinisius ildə 17 milyon avro qazanır.
